Siqaretlə bağlı cərimə qəbul edildi

Oxunma vaxtı:29 Saniyə

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.

Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Loading

Next Post

“Bu gün axşam oturub götür-qoy etməliyik” - Bakı meri

“Bu, müəyyən mənada, təbii fəlakət, fövqəladə vəziyyətdir. Normadan artıq yağıntı olub, proses göz qabağındadır”. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib. Bir neçə gündür yağan intensiv yağışların yaratdığı fəsadlara münasibət bildirən E.Əzizov bu gün axşam oturub vəziyyəti götür-qoy etməli olduqlarını da vurğulayıb: “İndi vəziyyəti təhlil etməliyik […]