“Bu gün axşam oturub götür-qoy etməliyik” – Bakı meri

Oxunma vaxtı:36 Saniyə

“Bu, müəyyən mənada, təbii fəlakət, fövqəladə vəziyyətdir. Normadan artıq yağıntı olub, proses göz qabağındadır”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

Bir neçə gündür yağan intensiv yağışların yaratdığı fəsadlara münasibət bildirən E.Əzizov bu gün axşam oturub vəziyyəti götür-qoy etməli olduqlarını da vurğulayıb:

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə burada belə bir hal yaranıb. Ola bilər ki, tikinti vaxtı bəzi nöqsanlara yol veriblər. Hər halda bu gün birmənalı qiymət vermək hələ tezdir. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə qərar verdik ki, bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edək və ondan sonra müəyyən tədbirlər görək”.

Loading

Next Post

“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb - Yenilənir

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib. Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb. Xatırladaq ki, həmin tuneldə “Ford” markalı avtomobil də batıb. Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz […]