Xətai rayonunda torpaq sürüşməsi olub

Oxunma vaxtı:21 Saniyə

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

“Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”.

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

Loading

Next Post

Türkiyə ordusu son bir həftədə 45 terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 45 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib. Müşavirin sözlərinə görə, 2024-cü il yanvarın 1-dən indiyədək iki min 194 terrorçu öldürülüb. Aktürk bildirib ki, “Pence-kilid” əməliyyatı böyük əzmlə […]