Tramp Harrislə ikinci debatdan imtina etdi

Oxunma vaxtı:34 Saniyə

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debat keçirməyəcəyini açıqlayıb.

O bildirib ki, Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan etdiyi üçün debat aparmaq mənasızdır.

Xatırladaq ki, Trampla Harris arasında debatın ilk mərhələsi sentyabrın 10-u baş tutub. CNN-in sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib gəldiyini deyib. Tramp isə bildirib ki, bu, onun indiyə qədərki ən yaxşı debatıdır. Beləliklə o, növbəti debatın Harris üçün öz mövqeyini yaxşılaşdırmaq baxımından bir şans olacağını iddia edərək, ikinci turdan imtina edib. Harris isə ikinci raunda hazır olduğunu bəyan edib.

Onu da qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-i keçiriləcək.

Loading

Next Post

Əhməd Əhmədov cəzadan azad edildi

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərarda göstərilir ki, Əhməd Əhmədov ittiham olunduğu maddələr üzrə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta […]