Ronaldonun izləyici sayı 1 milyardı ötdü

Oxunma vaxtı:32 Saniyə

Portuqaliya millisi və “Əl Nəsr” klubunun hücumçusu Kristiano Ronaldonun sosial şəbəkələrdə izləyici sayı 1 milyardı ötüb.

Bu barədə futbolçu özünün İnstaqram səhifəsində məlumat yayıb.

Ronaldo qeyd edib ki, onun İnstaqram səhifəsində 639 milyondan çox, Feysbukda 170 milyondan çox, X-da 113 milyondan çox, Yutubda 60.5 milyon, Kuayşuda 9.3 milyondan çox, Veyboda 7.5 milyondan çox izləyicisi var.

“Biz tarixə düşdük – 1 milyard izləyici. Bu, sadəcə bir rəqəmdən daha çox şeydir. Bu, oyuna və onun hüdudlarından kənara bizim ümumi ehtirasımızın, sevgimizin sübutudur. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə ailəm və sizin üçün oynamışam və indi birlikdə bir milyardıq” , – Ronaldo bildirib.

Loading

Next Post

Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) […]