KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub

Oxunma vaxtı:23 Saniyə

İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.

Loading

Next Post

Toyda öldürülən 27 yaşlı İlkinin FOTOsu

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Yenixeber.org xəbər verir ki,  hadisə axşam saatlarında rayon mərkəzində baş verib. İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi […]