Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir

Oxunma vaxtı:23 Saniyə

Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.

Tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.

İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.

Forum çərçivəsində “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı Azərbaycan məhsullarının sərgisi də təşkil olunacaq.

Forumun məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsidir.

Loading

Next Post

Həftəsonu 1415 taksi sürücüsü imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov […]