İmtahan vermədən Qarabağ Universitetinə qəbul oldu

Oxunma vaxtı:38 Saniyə

 
Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə olacaq.

Bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilir ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur.

Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

A.Muradlı elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.

O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.

Loading

Next Post

Rusiyada 80-dən çox ölkənin iştirakı ilə “Ordu-2024” forumu keçirilir

Avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçiriləcək “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir. Bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir. Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi […]