“BakıKart”ın tətbiqi niyə işləmir? – Açıqlama

Oxunma vaxtı:33 Saniyə

Sosial şəbəkələrdə “BakıKart” tətbiqində problemlərin yaranması ilə bağlı məlumat yayılıb. 

Sərnişinlər texniki nasazlıq səbəbindən bir neçə gündür tətbiqdən istifadə edə bilmədiklərini yazırlar. Onların sözlərinə görə, daha əvvəl də tətbiqdə ödəniş zamanı donmaların olması, izləmə sisteminin işləməməsi halları yaşansa da, hazırda tətbiqin fəaliyyəti tamamilə dayanıb. 

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır: “BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Loading

Next Post

"Haber Global": Fransada 12 mindən çox evsiz aksiya keçirib, hökumət çağırışlara əhəmiyyət verməyib

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları ilə əlaqədar yaşadıqları gecəqondulardan qovulan on iki mindən çox Fransa vətəndaşı aksiya keçiriblər. Yenixeber.org xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib. Qeyd edilib ki, onlar Olimpiada halqalarının olduğu yerlərdə çadır qurublar. Etirazçılar Emmanuel Makron hökumətinə mənzillə təmin olunma tələbi ilə […]