Qazaxda mina partladı – 4 nəfər xəsarət aldı

Oxunma vaxtı:43 Saniyə

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib.

Hadisə bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində baş verib. Belə ki, ərazidə Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.

Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

Loading

Next Post

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istədi

Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı zamanı Azərbaycana qarşı yerli “France 2” telekanalının şərhçiləri tərəfindən işlədilən ifadələrə görə üzr istəyib. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. Beynəlxalq qurum nazirliyin göndərdiyi etiraz cavab məktubu göndərib.   Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və […]