Bakıda qohumlar bıçaqlandı – 20 yaşlı oğlan saxlanıldı

Oxunma vaxtı:19 Saniyə

İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Loading

Next Post

“Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan!”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib.Bu barədə o, “X” hesabında paylaşım edib. “Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!”,- o qeyd edib.