Ölənlərin sayı 115-ə çatıb – Rusiyadan son xəbər

Oxunma vaxtı:47 Saniyə

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir.

****

12:42

Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.

Siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu bildirir.

****

10:42

Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.

Ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.

Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

Loading

Next Post

İsrail ABŞ-ın təklifi ilə razılaşdı - HƏMAS-dan cavab gözləyir 

İsrail ABŞ-ın 40 girov müqabilində 700-ə yaxın fələstinli məhbusu azad etmək təklifi ilə razılaşıb.  Bu barədə Amerikanın CNN telekanalının mənbələri və bir sıra İsrail KİV-ləri, o cümlədən The Times of Israel və Walla məlumat yayıb. Tərəflər HƏMAS HA hərəkatından cavab gözləyirlər. Sözügedən təklif ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns […]