Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Oxunma vaxtı:24 Saniyə

Türkiyə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşə hazırlıqdır.

Bu sözləri rusiyalı politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, iki liderin görüşü üçün hazırda şərtlər müzakirə olunmaqdadır:

“Barışığın əsas səbəbləri bunlar ola bilər: Birincisi, türklər milyonlarla suriyalı qaçqından yorulub və onların varlığı Ərdoğanın populyarlığını aşağı salır. İkincisi, Əsəd Rusiya və İranın köməyi ilə vətəndaş müharibəsində qalib gəldi və hakimiyyəti möhkəm şəkildə əlində saxladı. Üçüncüsü isə amerikalılar Suriya kürdlərini dəstəkləməklə Türkiyəyə həddən artıq problemlər yaradırlar”.

Loading

Next Post

Qəbələdə orta məktəb yandı

Qəbələ rayonunun Zarağan kəndində orta məktəb yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. […]