Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,58 % azalaraq 84,98 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 81,21 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Azərbaycanda oğul qaraciyərini anaya verdi

Uzun illərdir qaraciyər yetməzliyindən əziyyət çəkən anaya oğlu donor olub. Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib. TƏBİB-in mətbuat xidmətindən bildirlib ki, oğlun və ananın həyatı üçün olan təhlükə geridə qalıb. Qeyd edilib […]