Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,9 ABŞ dolları və ya 2,77 % azalaraq 101,68 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 97,48 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,22 ABŞ dolları və ya 3,14 % azalaraq 99,26 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

İran pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından Küveyt Beynəlxalq Hava Limanının fəaliyyəti sonra dayandırılıb. Bu barədə Küveytin KUNA agentliyi məlumat yayıb. Bununla əlaqədar olaraq, zəruri prosedurlar başa çatana qədər reyslər alternativ hava limanlarına yönləndirilib: “Texniki qruplar obyektlərə və istismar sistemlərinə dəymiş ziyanı nəzərdən keçirməyə başlayıblar”. Daha əvvəl Küveyt Silahlı Qüvvələrinin Quru […]