Ağadadaş Ağayev kimi baltalayıb? – TƏBİB araşdırır – DİN TƏSDİQLƏDİ

Oxunma vaxtı:33 Saniyə

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib. 

Bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Loading

Next Post

İran XİN-də Azərbaycanla əlaqələr müzakirə edilib

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüş keçirib. Bu barədə Azərbaycanın İrandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüş çərçivəsində ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.