Azərbaycan neftinin qiyməti 89 dolları keçib

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,8 % artaraq 89,27 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Xeyli adama borcu olan şəxsin çürümüş meyiti tapıldı

Beyləqanda asılmış vəziyyətdə 41 yaşlı çürümüş kişi meyiti tapılıb. Hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Həsən Qənbər oğlu Qənbərlinin ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib. İlkin məlumata görə, Həsən Qənbər oğlu Qənbərlinin bir çox adama borcu olub. Faktla bağlı Beyləqan […]