Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dollar və ya 0,65 % artaraq 66,14 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 63,07 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,67 % artaraq 64,07 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Gürcüstanda bu il ərzində ikinci məscid yanıb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunun Tsxmorisi kəndində tarixi məscid tamamilə yanıb. APA-nın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 22-də axşam saatlarında baş verib. Qərbi Gürcüstan müftisi Adam Şantadze ötən gün kəndə baş çəkib və sakinlərə məscidin yaxın zamanlarda bərpa olunacağını söz verib. Tsxmorisi kənd məscidi 2006-cı ildən Acarıstanın […]