Ali məktəblərə qəbul olunmaq istəyən subbakalavrlar – Neçə nəfər qeydiyyatdan keçib?

Oxunma vaxtı:25 Saniyə

Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən subbakalavrların (kollec məzunları) qeydiyyatı davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, 10 may tarixində başlayan elektron ərizələrin qəbulu 31 iyuladək internet vasitəsilə aparılır.

Bu günə kimi elektron ərizələri verən subbakalavrların sayı 14 366 nəfər təşkil edir.

Qeyd edək ki, imtahanlarda iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Müsabiqədə iştirak ödənişsizdir.

Loading

Next Post

Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir

Rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır. Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O bildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir […]