Sabah bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək – PROQNOZ

Oxunma vaxtı:40 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Loading

Next Post

Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə 

“Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir”. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “ASAN TV”yə açıqlamasında bildirib. O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu […]