Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Oxunma vaxtı:18 Saniyə

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Loading

Next Post

Milli Məclisin növbəti plenar iclası başlayıb, gündəlikdə 11 məsələ var

Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti iclası başlayıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş). 2. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna […]