Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti zərbələr endirib

Oxunma vaxtı:25 Saniyə

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları edib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsas hədəflər əsasən infrastruktur ərazilər olub.

Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, nəticədə 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 “Şahed” tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Loading

Next Post

Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır

Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır. Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib. O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs […]