Azərbaycanda müsadirə edilmiş əmlakın hərraca çıxarılması ilə bağlı təlimat təsdiqlənib

Oxunma vaxtı:53 Saniyə

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin hərraca çıxarılması və hərracda satılması barədə Təlimat”ı təsdiqləyib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, təlimat aşağıda göstərilən əmlakın (bundan sonra-əmlak) hərraca çıxarılması və hərracda satılması qaydalarını müəyyən edir:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlak;
  • qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlak;
  • vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak;
  • dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələr.

Bundan başqa, hərracın keçirilməsi üçün İqtisadiyyat Nazirliyindən 3 nəfər (o cümlədən 1 nəfər nazirliyin Aparatından, 1 nəfər Əmlak Məsələləri Dövlət Xidmətindən və 1 nəfər Dövlət Vergi Xidmətindən), Maliyyə Nazirliyindən 1 nəfər və Ədliyyə Nazirliyindən 1 nəfər olmaqla 5 nəfərlik tərkibdə Hərrac Komissiyası yaradılacaq. Komissiyanın sədri İqtisadiyyat Nazirliyinin nümayəndələri sırasından təyin edilir.

Hərrac gününə ən azı 30 gün qalmış Təşkilatçı rəsmi internet səhifəsində və digər mediada hərraca çıxarılan əmlak haqqında elan yerləşdirilməsini təmin etməlidir.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Loading

Next Post

Peter Siyarto: “Nüvə energetikası artan enerji tələbatını ödəmək üçün vacibdir”

Nüvə energetikası dövlətlərin gələcəkdə elektrik enerjisinə artan tələbatını ödəyə biləcəyinə əmin olması üçün vacibdir. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün işə başlamış Bakı Enerji Forumunun açılışında bildirib. “Söhbət enerji təchizatından gedirsə, bizim ümumi məqsədimiz siyasi müzakirələrdən uzaqlaşmaq olmalıdır”, – o vurğulayıb. Nazir həmçinin […]