Rayonlara leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Oxunma vaxtı:39 Saniyə

Mayın 25-i saat 9:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Şahdağda isə qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəy, Göygöldə 20 mm, Qusar, Daşkəsəndə 17 mm, Yardımlıda 15 mm, Tovuzda 14 mm, Şəki, Qəbələdə 13 mm, Mingəçevirdə 12 mm, Qrız, Şəmkirdə 11 mm, Oğuzda 10 mm, Gəncədə 9 mm, Cəlilabad, Lerik, Ağdam, Naftalan, Yevlax, Tərtər, Ağstafa, Qax, Xaltan, Ordubad, Balakən, Sədərək, Astara, Culfa, Şərur, Zaqatala, Ceyrançöl, Qobustan, Naxçıvan, İsmayıllı, Altıağac, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Neftçala, Bərdə, Şahbuzda 8 mm-dək olub.

Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Naftalanda 18 m/s, Naxçıvanda 16 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Şahdağ, Lerik, Mingəçevirdə duman müşahidə olunub.

Loading

Next Post

Kral İlham Əliyevi TƏBRİK ETDİ

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq. Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm […]