Kral İlham Əliyevi TƏBRİK ETDİ

Oxunma vaxtı:28 Saniyə

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Siz və Azərbaycan xalqı Müstəqillik Gününüzü qeyd edərkən mən və həyat yoldaşım Zati-alinizə və xalqınıza səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.

Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm və ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər.

Mən və həyat yoldaşım fürsətdən istifadə edərək milli bayramınız münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı çatdırırıq”.

Loading

Next Post

İtaliyanın yeni səfiri Prezidentin qəbulunda - FOTOLAR

Prezident İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.