Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib

Oxunma vaxtı:24 Saniyə

Həm Türkiyə, həm də Yunanıstan mövcud problemləri rahat müzakirə edə bilirlər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avstriyadan olan həmkarı Aleksandr Şallanberq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gərginliyin azaldılması istiqamətində müzakirələr davam edir: “Terrorla mübarizə məsələsində də əməkdaşlıq və müzakirələr davam edir. Bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək barədə düşünürük”.

H.Fidan xatırladıb ki, uzun illər Türkiyədən qaçan terrorçular Yunanıstana sığınıblar.

Nazir qeyd edib ki, Ankara və Afina turizm sahəsində də əməkdaşlığın inkişafında maraqlıdır.

Loading

Next Post

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair Saziş imzalayıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində bildirib. “Bu gün imzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına […]