Jurnalistlər sentyabrda güzəştli ipotekadan yararlana biləcək

Oxunma vaxtı:22 Saniyə

“Media reyestri fəaliyyətə başladıqdan sonra jurnalistlərin güzəştli ipotekadan istifadə etmək hüquqları mümkün olacaq”.

Visiontv.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun “QəbuldaASAN” verilişində deyib. O bildirib ki, hal-hazırda media reyestri ilə bağlı proqram təminatı üzərində iş yekunlaşmaq üzrədir:

“Düşünürük ki, sentyabr ayının sonuna qədər bu işlər yekunlaşacaq və reyestr fəaliyyətə başlayacaq. Növbəti etapda jurnalistlərimizin güzəştli ipotekadan yararlanması üçün hüquqi baza və infrastruktur mövcud olacaq”.

Loading

Next Post

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir - RƏSMİ

“Açıqlanan son statistika onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir”. Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, payızın əvvəli koronovirusla bağlı vəziyyət pis ola bilər: “Çünki bir müddət əvvəl epidemioloji vəziyyət nəzarət altında idi. Təbii ki, bunun Azərbaycana da təsiri olması […]