“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək

Oxunma vaxtı:40 Saniyə

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.

Loading

Next Post

İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib

İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib. Bu barədə “Clash Report” “X” səhifəsində məlumat yayıb. Bundan əvvəl bildirilirdi ki, İsrail ordusu Rəfahda əməliyyata başlayıb. “The Times of İsrail”in məlumatına görə, ABŞ Prezidenti Cozef Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Liderlər təxminən yarım saat danışıblar. Onlar Rəfahda […]