Mirzoyan Rusiya ilə münasibətlərdə problemlər olduğunu etiraf etdi

Oxunma vaxtı:19 Saniyə

Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var və ölkələr bu problemlərin həlli üçün dialoq aparır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Onların arasında tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur”, – o vurğulayıb.

Loading

Next Post

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani ilə görüşüb. Bu barədə səfir “X” səhifəsində paylaşım edib. O, səmimi qəbul və Britaniyanın COP29-a hazırlıq ərəfəsində olan Azərbaycana dəstəyi üçün nazirə təşəkkür edib.