Anasını öldürüb intihar görüntüsü yaratdı – RƏSMİ

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Baş Prokurorluq bu gün Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Dogrusoztv.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin olaraq hadisə intihar kimi qeydə alınıb:

“Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir”.

Qeyd edək ki, yeniyetmə anasını qətlə yetirdikdən sonra hüquq-mühafizə orqanlarına zəng edərək onun intihar etdiyini bildirib.

Loading

Next Post

Yeni marşrut xətti açılır

Bakının Binəqədi rayonu Xocəsən qəsəbəsindən “Xocəsən” metrostansiyası istiqamətində 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilir.  Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, yeni marşrut xətti şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metrostansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı […]