Heydər Əliyev BAM-ın inşasında böyük rol oynayıb – Rusiya lideri

Oxunma vaxtı:27 Saniyə

Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb.

Bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib.

Prezident Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib:

“Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.

Loading

Next Post

Azərbaycanla münasibətlər yüksək səviyyədədir - Putin

“Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir”. Bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdədir.