Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

Oxunma vaxtı:26 Saniyə

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş illik müddətdən əvvəl ölkədən çıxarılması prosesinə başlanılıb.

Bu barədə ilkin olaraq, müxtəlif media resursları və sosial şəbəkələrdə yayılan qeyri-rəsmi informasiya daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Kremlin mətbuat katibi Dmitri Peskovun müvafiq açıqlamaları ilə rəsmən təsdiqlənib.

Hazırda sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingenti və onun istifadəsində olan hərbi texnikanın Azərbaycandan çıxarılmasını əks etdirən çoxsaylı videolar yayılmaqdadır.

Loading

Next Post

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb. Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır: “Digər tərəfdən, Türkiyə Cümhuriyyəti və […]