Zərdabda ölümlə nəticələnən avtoqəza olub

Oxunma vaxtı:15 Saniyə

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə bir nəfər ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Möhübbət Babayevin əvəzinə yeni TƏYİNAT

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına birinci müavin təyin olunub. Modern.az-ın məlumatına görə, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Sərəncamı ilə aprelin 8-də Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini vəzifəsinə gətirilib. Bu gün kollektivə təqdim edilən Mikayıl Cəfərzadə bundan əvvəl başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri […]