Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:49 Saniyə

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan 31-i səhərədək fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

“Terrorun qarşısını almaq üçün hər şey edəcəyik”

“Qonşumuz Yunanıstanla münasibətlərimizi inkişaf etdirməyə və problemləri həll etməyə çalışırıq. Əslində heç vaxt Egeydə və ya Şərqi Aralıq dənizində düşmənçilik yaratmağa çalışmamışıq. Lakin biz öz həyati maraqlarımızı qorumaqdan heç vaxt çəkinməyəcəyik”. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. O, region üçün təhlükəsizliyi terrorizmin pozduğunu deyərək bunun qarşısını almaq […]