İş adamı özünü güllələdi – Bir milyon borcu varmış

Oxunma vaxtı:22 Saniyə

Saatlıda güllələnmə hadisəsi baş verib.

Rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.

Araşdırmalar davam etdirilir.(“Qafqazinfo”)

Loading

Next Post

Haitidə silahlı dəstələr prezident sarayına hücum etdilər

Haitidə seçkilərə qarşı çıxan və ölkənin Baş naziri Ariel Henrinin istefasını tələb edən silahlı quldur dəstələri hökumət binalarına, polis bölmələrinə və paytaxt Port-o-Prinsdəki prezident sarayına hücum ediblər. Hücumlar müxtəlif hökumət binalarına və polis məntəqələrinə eyni vaxtda edilib. Hazırda paytaxtda atəş səsləri eşidilir. Eyni zamanda, iki həbsxanaya hücum edən silahlı dəstələr […]