DİN-də püşkatama yolu ilə təyinat keçirildi

Oxunma vaxtı:31 Saniyə

İyulun 14-də Daxili İşlər Nazirliyində Polis Akademiyasını əyani bitirən məzunlar polis orqanlarında orta rəis heyəti vəzifələrinə püşkatma yolu ilə təyin olunublar. 
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə gəncləri zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edib, təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.
Püşkatma yolu keçirilən təyinatlarda 43 məzun Bakı şəhərinin ərazi polis orqanlarına, Akademiyanı fərqlənmə diplomu ilə bitirən 4 məzun isə Nazirliyin aparatında müxtəlif vəzifələrə təyin edilib. 
Daxili işlər naziri V.Eyvazov gənc zabitlərə xidməti intizam qaydalarına mütləq qaydada riayət etmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ yanaşmalarını, onlarla ünsiyyətdə yüksək mədəniyyətli və təmkinli olmalarını tövsiyə edib.

ZYN_9590

Loading

Next Post

Artırılan cərimələrin tam siyahısı - Rəsmi şərh

İyulun 17-si Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.  “Qafqazinfo” xəbər verir ki ki, dəyişikliyə əsasən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimələrin miqdarının artırılmasından əlavə məcəlləyə yeni-333.1.1-ci (narkotikin təsiri altında avtomobil idarə edilməsi) maddəsi əlavə edilib. Məcəlləyə edilmiş dəyişikliklər və əlavələr, tətbiq ediləcək cəzalar nədən ibarədir? Bununla bağlı suallara […]