Bu ayda nələri etməməliyik? – İlahiyyatçıdan AÇIQLAMA

Oxunma vaxtı:58 Saniyə

“Məhərrəm ayı Hicri-qəməri təqvimi ilə yeni bir ayın başlanğıcıdır. Bu ay Qurani-kərimə görə toxunulmazlıq baxımından 4 haram aydan biri hesab olunur. Bu aya cahiliyyə dövründə çox fərqli baxışlar mövcuddur”.

Bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli BiG.AZ-a açıqlamasında bildirib:

“Bu ay peyğəmbərimizin (s) 23 illik təbliğ dövründə daha fərqli rəng qazanıb. Amma bizim əsas üzərində durduğumuz məsələ nə cahiliyyə nə də peyğəmbərimizin dövrüdür. Bu ay 681-ci ildən sonra 5-ci İmam Hüseynin (əleyhis- salam) Kərbəlada özü ilə bərabər 72 nəfərə yaxın insanın qətliamı ilə bağldır. Orada törədilən faciə böyük bir mahiyyət qazandırıb. Əsrlər keçdikdə isə insanlar həmin acıya, dərdə xatirələrini təmizləmək üçün fərqli fərziyyələr qurub. Günümüzdə də bu fərziyələr davam edir. Bu ay nə 3, nə də 40 gündür. Səfər ayı da daxil olmaq şərti ilə iki aydır”.

Bu ayda nələri etməməliyik? - İlahiyyatçıdan AÇIQLAMABəs bu ayda nələri etmək olmaz?

“Təbii ki, səfər ayı da daxil olmaq şərti ilə iki ay müddət ərzində ölkəmizdə böyük bir qisim inanclı insanlar sevincli mərasimlərdən uzaq olmağa çalışacaqlar. Açığı söyləsək, Qurani- kərimdə, nə də peyğəmbərimizin həyatında belə bir qadağalar yoxdur. Yəni, bu bizim Qurani-kərimin hökmlərindən daha ziyadə mənəviyyatımızla bağlı, imama olan sevgimizlə bağlı olan bir çəkinmədir”.

Aynur HÖKMÜRƏVAN

Loading

Next Post

Üç quruma yeni səlahiyyət verildi - FƏRMAN

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Bundan başqa, dövlət başçısı yeni qanunun qüvvəyə minməni ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb. Fərmana əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci […]