15 günlük körpəsini zibilliyə atan ana tapıldı – Yenilənib

Oxunma vaxtı:42 Saniyə

Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.

Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

***

Körpəsini zibilliyə atan ana saxlanılıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam edir.

Loading

Next Post

Bu ayda nələri etməməliyik? - İlahiyyatçıdan AÇIQLAMA

“Məhərrəm ayı Hicri-qəməri təqvimi ilə yeni bir ayın başlanğıcıdır. Bu ay Qurani-kərimə görə toxunulmazlıq baxımından 4 haram aydan biri hesab olunur. Bu aya cahiliyyə dövründə çox fərqli baxışlar mövcuddur”. Bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli BiG.AZ-a açıqlamasında bildirib: “Bu ay peyğəmbərimizin (s) 23 illik təbliğ dövründə daha fərqli rəng qazanıb. Amma bizim […]