Müdafiə Nazirliyinin məlumatı

Oxunma vaxtı:27 Saniyə

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Loading

Next Post

Meymunçiçəyinə yoluxan kişidən etiraflar

Meymunçiçəyinə yoluxan amerikalı Uesli Uolles üzündəki və ağzının içindəki yaraların şiddətli ağrılara səbəb olduğunu etiraf edib. BiG.AZ xəbər verir ki, dünyanın bir çox ölkələrində meymunçiçəyi xəstəliyindən əziyyət çəkən xəstələr yaşadıqları ağrı və çətinlikləri sosial mediada paylaşmağa və insanları maarifləndirməyə davam edir. ABŞ-ın Hyuston şəhərində yaşayan Uesli Uolles xəstəlik müddətində nələr yaşadığından danışıb. […]