Azərbaycana gələn əcnəbi müğənnilər vergi ödəyirlər? – Vergi Xidməti hərəkətə keçib – VİDEO

Oxunma vaxtı:50 Saniyə

Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər.

Xezerxeber.az-ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər.

Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi?

İqtisadçı – ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini ödəməlidir. Əgər sifarişçi bundan imtina edirsə, burada qazanan tərəf, yəni müğənninin özü vergi ödənişini etməlidir. Bu hal Vergilər Məcəlləsinin 125-ci maddəsində də göstərilir. Qeyd olunur ki, gəlirin 10 faizi vergiyə cəlb edilməlidir.

Ekspert deyir ki, gələn müğənnilər əgər vergi ödəmirsə və vergi bəyannaməsini etmirsə, məbləğ böyük olduğu üçün həmin şəxs barəsində qanuna uyğun olaraq axtarış verilə, hətta cinayət işi də başlana bilər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, əcnəbi müğənniləri Azərəbaycana dəvət edən təşkilatçılar adətən özləri vergi ödənişi edirlər. Qaldı ki ən son türkiyəli müğənni Ebru Gündeşin bu günlərdə Şəmkirdə toy məclisində oxuduqdan sonra vergi ödəyib – ödəməməsinə, Xidmətdən bildirildi ki, bu barədə bazar ertəsi ətraflı məlumat verəcəklər.

Loading

Next Post

Vətən müharibəsindən sonra yüksək texnologiyalı protezlə təmin edilən hərbçilərin sayı açıqlandı

Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır. Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, […]