Deputat: “Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”

Oxunma vaxtı:29 Saniyə

“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Bayraktar Sağlıq Turizm Şirkətinin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir:

“Müharibədən sonra müzəffərliyimizin verdiyi güclə ölkədə yeni reformlar, yeni islahatlar həyata keçirilir. Sözsüz ki, sözügedən reformlar tibb sahəsində də aparılır”.

“Bu baxımdan iki qardaş ölkənin səhiyyə sahəsində də birgə fəaliyyəti ölkələrimizin bu sahədəki inkişafına stimul verəcək”-, R. Mahmudov vurğulayıb.

Loading

Next Post

Azərbaycana gələn əcnəbi müğənnilər vergi ödəyirlər? - Vergi Xidməti hərəkətə keçib - VİDEO

Tez-tez əcnəbi müğənnilər Azərbaycana gələrək toy şənliklərində iştirak edirlər. Xezerxeber.az-ın məlumatına görə, xüsusən də Türkiyənin tanınmış müğənniləri Azərbaycanda toy şənliklərində daha çox iştrak edirlər. Ən azı 100 min manata gələn sənətçilər aldıqları pulun qarşılığında vergi ödəməlidirlərmi? İqtisadçı – ekspert Xalid Kərimli deyir ki, sənətçini Azərbaycana dəvət edən şəxs onun vergisini […]