Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)

Oxunma vaxtı:58 Saniyə

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Dogrusoztv.Az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salam.

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

Usta: Yaxşıdır, çox sağ olun.

Prezident İlham Əliyev: Müştəri çoxdur?

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)
Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)
Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)
Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)
Birinci xanım Mehriban Əliyeva Basqalda kəlağayıya naxış vurub (FOTO)

Loading

Next Post

Azərbaycan güləşçisi Rafiq Hüseynov İslamiadada qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. dogrusoztv.Az xəbər verir ki, o, finalda 6:3 hesabı ilə Qırğızıstan idmançısı Kalidin Asıkeyevə qalib gəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək. Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına […]