XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

DİM-dən verilən məlumata görə, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

Loading

Next Post

İlham Əliyev Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri […]