Gədəbəydə onkoloji xəstəliklərlə bağlı vəziyyət necədir? – Nazir müavini açıqladı

alfonsonri
Oxunma vaxtı:46 Saniyə

“Ümumiyyətlə, bütün dünyada bədxassəli onkoloji xəstəliklər artır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin sayı artıb”. 

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Gədəbəyin Söyüdlü kəndinin sakinləri ilə görüşündə deyib.

Nazir müavini qeyd edib ki, Gədəbəydə də son 10 il ərzində onkoloji xəstəliklərin sayı artıb:

“Nisbi rəqəmlə götürsək, ölkə üzrə hər yüz min əhaliyə keçən il bu rəqəm 137.9 idi. Gədəbəy üzrə isə 102.9-dur. Yəni, Gədəbəydə onkoloji xəstəkliklərin yayılması bir çox digər rayonlardan, ümumi Azərbaycanın orta rəqəmindən çox aşağıdadır”.

Onkoloji xəstəliklərdən ölümə gəldikdə isə, Nadir Zeynalov bildirib ki, bu rəqəm ölkə üzrə 0.8-dir:

“Gədəbəy üzrə 0.5-dir. Və bu rəqəm son 10 ilin statistikasına görə dəyişməyib. Bizim statiskamız rayon üzrədir. Söyüdlü kəndi barədə vəziyyət necədir, bilmirik. Ölkə başçısının tapşırığına əsasən, bu Komissiya yaradılıb ki, kənddəki sağlamlıqla bağlı vəziyyət öyrənilsin, araşdırılsın və hökumət başçısına təqdim edilsin. Çox güman ki, qapı-qapı gəzib sizdən məlumat alacaqlar”.  

Loading

Next Post

"Titanik"ə üzənlərin ölüm səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, ABŞ Sahil Mühafizəsi itkin düşən “Titan” batiskafının ekipajının öldüyünü təsdiqləyib. İyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxan qayığın ekipaj üzvlərinin ölüm səbəbi məlum olub. Bu barədə batiskafın sahib olan “OceanGate Expeditions” şirkəti məlumat yayıb: “Gözlənildiyi kimi, sualtı qayıqda içəriyə doğru partlayış baş […]