Prezident Kəlbəcərə səfər edib

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.

Dövlətimizin başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.

Dövlətimizin başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.

Loading

Next Post

Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Sabah Türkiyə tarixində ilk dəfə olaraq prezident seçkilərinin ikinci turu keçiriləcək. Dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək. Yüksək Seçim Qurumunun (MSK) məlumatına görə, Ankara vaxtı ilə saat 08:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək […]