Bakıda ağır qəza – Maşında yanaraq öldülər

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.

“Nissan”ın sürücüsü isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Loading

Next Post

Kameraların qoyulması üçün əhalidən pul yığılır? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşlardan yaşadıqları ərazilərə kameraların quraşdırılması məqsədilə pul toplaması ilə bağlı məlumatlar yayılıb. İddia edilib ki, polislər tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binlarında müşahidə kameraları quraşdırılır.  Dogrusoztv.az xəbər verir ki, məsələyə DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev aydınlıq gətirib. O bildirib ki, ictimai yerlərdə […]