“Səhvlərdən nəticə çıxarmaq lazımdır” – Nazir müavinindən ETİRAF

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

“Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır”.

Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII Beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Türkiyədə baş verən zəlzələdən sonra xilasedicilərimiz gecə-gündüz, 24 saat fasiləsiz xilasetmə əməliyyatları həyata keçirib”, – E.Mirzəyev qeyd edib.

O bildirib ki, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 780 insan cəsədi, 53 sağ insan çıxarılıb:

“Üç mindən artıq insana tibbi, 20 mindən çox insana isə qida yardımı edilib”.

Nazir müavini vurğulayıb ki, binaları inşa edən zaman daha çox diqqət etmək lazımdır:

“Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır. Bina nə qədər möhkəm olsa, insan həyatı üçün təhlükə də az olar” – nazir müavini əlavə edib.

Loading

Next Post

Azərbaycanda icra başçısının sabiq müavini həbs olundu

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Dogrusoztv.az report-a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb. Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. […]