“Trendyol”dan sifariş edənlərə ŞAD XƏBƏR

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan adresində təslim almaq mümkündür” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.

Loading

Next Post

"Azərbaycan əsgərlərinin ekstradisiyasına icazə verilmir" - Ermənistanın baş prokuroru

İndiki mərhələdə Naxçıvandan Ermənistan ərazisinə daxil olan Azərbaycan əsgərlərinin ekstradisiyasına icazə verilmir. Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə jurnalistlərə bildirib. “Məhkəməyədək icraat mərhələsində ekstradisiya gözlənilmir və icazə verilmir. Bu, yalnız qanuni məhkəmə aktları olduqda baş verir. Ekstradisiya bir sıra konvensiyalarla tənzimlənirz”, – deyə baş prokuror qeyd edib.