Xankəndi-Laçın yolundakı aksiyanın 103-cü günüdür

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 103 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Loading

Next Post

Azərbaycan XİN Paşinyana CAVAB VERDİ

Sülh sazişinə nail olmaq üçün Ermənistan xoş niyyətlə danışıqlar aparmalıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın tvitinə cavab olaraq yazıb. “Regionumuzda ərazi bütövlüyü və suverenliyinə hörmət hökm sürməlidir və istənilən eskalasiya beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Beynəlxalq […]