Sabaha olan hava PROQNOZU

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Loading

Next Post

Bu tarixdə Vardanyanın istefası elan ediləcək

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət hissəsində məskunlaşan terorçu rejimin rəhbəri Arayik Harutyunyan fevralın 23-də xüsusi müraciətlə çıxış edəcək. Bu barədə hakimiyyətə yaxın “Joxovurd” qəzeti məlumat dərc edib.  Məlumata görə, terrorçuların rəhbəri Moskvanın oraya “dövlət naziri” kimi göndərdiyi Ruben Vardanyanın vəzifəsindən azad olunmasını elan edəcək.  Qeyd olunub ki, “dövlət naziri” vəzifəsinə […]